Toyuna hazırlaşan Messinin bacısı qəzada ağır yaralandı

“İnter Mayami”nin hücumçusu və kapitanı Lionel Messinin kiçik bacısı avtomobil qəzasında ağır yaralanıb.

AzPost bildirir ki, bu barədə “Nueva Rioja” xəbər verir.

Qəzetin məlumatına görə, qəza ötən həftə baş verib. 32 yaşlı Maria Sol avtomobil idarə edərkən huşunu itirib və divara çırpılıb. O, yanıq xəsarətləri alıb, iki fəqərəsi qırılıb, dabanı sınıb və biləyi zədələnib.

Maria Sol hazırda təhlükə altında deyil. O, reabilitasiya üçün Argentinaya aparılıb.

Qeyd olunur ki, Messinin bacısı 3 yanvarda “İnter Mayami”nin gənclər komandasında çalışan Julian Arellano ilə toy planlaşdırıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.