Həkim səhər yorğunluğuna qarşı təbii içkini açıqladı

Səhər saatlarında özünü halsız və enerjisiz hiss edənlər üçün sadə, lakin təsirli tövsiyə verilib.

AzPost xəbər verir ki, Moskva vilayəti Səhiyyə Nazirliyinin Krasnoqorsk Xəstəxanasının terapevti İvan Yeremenko səhərlər orqanizmin oyanmasına və enerjinin bərpasına kömək edən içki barədə danışıb.
Həkimin sözlərinə görə, yaşıl çayın orta miqdarda istifadəsi yuxudan sonra bədəni oyatmağa və enerji səviyyəsini artırmağa kömək edə bilər. O bildirib ki, yaşıl çay tərkibinə görə yumşaq təsir göstərir və orqanizmi kəskin yükləmədən canlandırır.
Yeremenko xatırladıb ki, alimlər son vaxtlar kreatinin də səhər enerji səviyyəsini yüksəldə biləcəyini qeyd edirlər. Mütəxəssislərin fikrincə, kreatin hüceyrələr üçün “yanacaq” rolunu oynayır və əsas enerji mənbəyi olan adenozintrifosfatın (ATP) sürətli bərpasında iştirak edir.

Həkim izah edib ki, yuxu çatışmazlığı zamanı neyronlar və əzələ hüceyrələri ATP-ni daha sürətlə sərf edir. Bu halda fosfokreatin müvəqqəti enerji balansını qoruyan bir növ bufer funksiyası daşıyır və hüceyrələrin fəaliyyətini dəstəkləyir.
Bununla yanaşı, Yeremenko vurğulayıb ki, kreatin xroniki yuxusuzluğun fəsadlarını aradan qaldırmır, yalnız enerji çatışmazlığını qismən kompensasiya edir. Həkimin fikrincə, davamlı yorğunluğun əsas səbəbi düzgün istirahətin olmamasıdır.

Terapevt səhərlər daha təhlükəsiz və faydalı üsullara da diqqət çəkib. Onun tövsiyələrinə görə, B qrup vitaminləri və maqneziumun qəbulu, kifayət qədər su içmək, zülalla zəngin səhər yeməyi və gün işığına çıxmaq bədənin oyanmasını xeyli asanlaşdırır.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.