“Yaxşı ideyalar var” –Zelenski Trampın xüsusi elçisi ilə danışdı

Ukrayna Prezidenti Vladimir Zelenski Telegram kanalında ABŞ Prezidentinin xüsusi elçisi Stiven Vitkov və ABŞ liderinin kürəkəni, sahibkar Cared Kuşner ilə danışdığını açıqlayıb.

AzPost bildirir ki, Zelenski söhbətin yaxşı və məhsuldar keçdiyini söyləyib.

“Biz işin bəzi əhəmiyyətli detallarını müzakirə etdik. Birgə nəticə və davamlı sülh üçün işləyə biləcək yaxşı ideyalar var.  Ümid edirəm ki, bu gün Milad razılaşmalarımız və müzakirə etdiyimiz ideyalar faydalı olacaq”, – deyə o qeyd etdi.

Zelenski ifadə edilən “ideyaların” məzmununu açıqlamayıb. O deyib ki, söhbət zamanı Ukrayna Təhlükəsizlik Şurasının katibi Rüstəm Umerov və Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Andrey Qnatov iştirak edib.

Kiyevin təklif etdiyi sülh planının layihəsində Rusiya və Ukrayna arasında hucum etməmək haqqında sazişin nəzərdə tutulduğu bildirilir. Sənəddə həmçinin peyk monitorinqindən istifadə edərək təmas xəttinin monitorinqi mexanizminin yaradılması da nəzərdə tutulur.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.