Vladimir Putin və Donald Tramp arasında telefon danışığı 1,5 saat davam edib.
AzPost bildirir ki, Putinin köməkçisi danışıqların təfərrüatlarını açıqlayıb.
Onun sözlərinə görə, sögbət işgüzar şəraitdə keçib.
Moskva Trampın Ukrayna probleminin həll yolu axtarışını xüsusi işçi qrupları vasitəsilə davam etdirmək təklifini dəstəkləyib. Onların formatı və parametrləri yanvarın əvvəlində açıqlanacaq.
Tramp müharibəni mümkün qədər tez bitirmək istədiyini bildirib və Ukrayna böhranının onun ən çətin xarici siyasət məsələsi olduğunu etiraf edib.
Hər iki lider müvəqqəti atəşkəsin yalnız münaqişəni uzada biləcəyi barədə razılığa gəlib.
Hər iki tərəf hərbi əməliyyatlara son qoyulmasının yalnız Kiyevin məsuliyyətli qərarı ilə mümkün olduğu barədə razılığa gəlib.
Tramp xüsusilə qeyd edib ki, münaqişə həll olunarsa, ABŞ və Rusiya arasında iqtisadi əməkdaşlıq üçün çox ciddi perspektivlər görür.
Liderlər Trampın Zelenski ilə danışıqlarından sonra yenidən bir-birlərinə zəng etmək barədə razılığa gəliblər.
Bütün söhbət təxminən 1 saat 15 dəqiqə davam etdi.
Trampın sözlərinə görə, olduqca məhsuldar telefon danışığı olub. Bu, Trampın Floridada Zelenski ilə görüşü ərəfəsində Vaşinqtonun təşəbbüsü ilə baş tutub.