Məşhur sovet sirk ifaçısı, illüzionist Emil Kio vəfat edib

Məşhur sovet  sirk ifaçısı, illüzionist və Rusiyanın xalq artisti Emil Kio 87 yaşında vəfat edib.

AzPost bildirir ki, bu barədə Böyük Moskva Sirkinin baş direktoru Edgard Zapaşnı elan edib. O, illüzionistin ailəsinə, dostlarına və pərəstişkarlarına başsağlığı verib.

Emil Kio məşhur sirk illüzionistləri sülaləsinin görkəmli üzvü idi. O, 12 iyul 1938-ci ildə Orjonikidzedə (indiki Vladiqafqaz) anadan olub. Əvvəlcə atası sehrbaz Emil Kionun şousunda köməkçi işləyib, sonra öz illüziya şousunu yaradıb. Atasının ölümündən sonra qardaşı İqorla birlikdə sirkdə çalışıb.

Emil Kio 2 yanvarda Moskvadakı Troekurovskoye qəbiristanlığında dəfn olunacaq. Dəfn mərasimi qəbiristanlığın mərasim zalında keçiriləcək.

Hələlik onun ölüm səbəbi açıqlanmayıb.

 

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.