ABŞ administrasiyası Venesuelaya nəzarəti faktiki olaraq dövlət departamentinin rəhbəri Marko Rubioya həvalə edib.
Bu barədə “Bloomberg” məlumat yayıb.
Məlumata görə, o, hakimiyyətin təhlükəsiz keçidinə qədər ölkə üzrə baş müvəqqəti koordinator təyin edilib.
Rubio uzun müddətdir Maduronun sərt tənqidçisidir. O, artıq Venesuelanın vitse-prezidenti Delsi Rodriqes ilə danışıqlar aparıb və narkotik qaçaqmalçılığına son qoyulmasını tələb edib.
ABŞ dövlət katibi Venesuelada seçkilərin hələ müzakirə mövzusu olmadığını da bildirib