ABŞ-ın Venesuela Prezidenti Nikolas Maduronu ələ keçirmək üçün apardığı əməliyyat zamanı 80 nəfər ölüb.
Bu barədə “The New York Times” qəzeti məlumat yayıb. Bildirilib ki, ölənlər arasında təhlükəsizlik qüvvələri ilə yanaşı mülki şəxslər də var. Ölənlərin sayının artacağı istisna olunmur.