ABŞ Prezidenti Tramp Venesuela lideri Maduronun ələ keçirilməsi ilə bağlı əməliyyatda iştirak etmiş döyüşçülərlə görüşüb.
AzPost bildirir ki, Tramp onlarla şəkil çəkdirib.
Qeyd edək ki, ABŞ-ın elita Delta xüsusi təyinatlı dəstəsi Venesuela prezidentinin tutulması üçün aparılan hərbi əməliyyatda dövlət başçısının iqamətgahına daxil olub.
Prezident Maduronun bütün şəxsi mühafizə xidməti öldürülüb. Maduro bunkerə qaçmaq istərkən saxlanılıb.
Yanvarın 5-də Maduro Nyu-Yorkda məhkəmə qarşısına çıxarılacaq.