Rusiya Xarici İşlər Nazirliyi “Marinera” neft tankerinin ABŞ tərəfindən zorla ələ keçirilməsi ilə bağlı bəyanat verib.
AzPost– un məlumatına görə, XİN-nin bəyanatında deyilir ki, Beynəlxalq qanunlara uyğun olaraq 24 dekabrda Rusiya bayrağı altında üzmək üçün müvəqqəti icazə alan Marinera Rusiya limanına gedirdi. ABŞ hakimiyyəti dəfələrlə gəminin Rusiya mənsubiyyəti və mülki, dinc statusu ilə bağlı etibarlı məlumat alıb.
“Tankerin guya “bayraqsız” və ya “saxta bayraq altında” üzdüyü barədə fərziyyə irəli sürmək üçün heç bir əsas yoxdur. Beynəlxalq dəniz hüququ açıq dənizlərdəki gəmilərə münasibətdə bayraq dövlətinin müstəsna yurisdiksiyasını açıq şəkildə müəyyən edir. Açıq dənizlərdə gəminin dayandırılması və yoxlanılması yalnız dənizçiyə şamil edilməyən piratçılıq və ya kölə ticarəti kimi məhdud sayda səbəblərə görə icazə verilir. Bütün digər hallarda bu cür hərəkətlərə yalnız bayraq dövlətinin – bu halda Rusiyanın – razılığı ilə icazə verilir”-deyə Bəyanatda vurğulanır.
Bildirilir ki, ABŞ hərbi qulluqçuları tərəfindən açıq dənizdə dinc gəminin ələ keçirilməsi beynəlxalq dəniz hüququnun fundamental prinsiplərinin və normalarının, eləcə də naviqasiya azadlığının kobud şəkildə pozulmasıdır.
“ABŞ-ın milli “sanksiya qanunvericiliyinə” istinadlarını əsassız hesab edirik. Bəzi ABŞ rəsmilərinin Marinera”nın ələ keçirilməsinin Venesuelanın təbii sərvətləri üzərində məhdudiyyətsiz nəzarətlə neomüstmləkə meylləri qətiyyətlə rədd edirik. “Marinera” hadisəsi Avro-Atlantik bölgədə hərbi və siyasi gərginliyin daha da artmasına səbəb ola bilər. Biz Vaşinqtonu beynəlxalq dəniz naviqasiyasının fundamental norma və prinsiplərinə riayət etməyə və Marinera gəmisinə, eləcə də açıq dənizdə qanuni fəaliyyətlə məşğul olan digər gəmilərə qarşı qanunsuz hərəkətlərini dərhal dayandırmağa çağırırıq”.