Ukrayna BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırır

Kiyev Lvov bölgəsinə “Oreshnik” raket zərbəsindən sonra təcili olaraq BMT Təhlükəsizlik Şurasının iclasını çağırır.

AzPost bildirir ki, bu barədə Ukrayna XİN başçısı açıqlama verib.

“AB və NATO sərhədləri yaxınlığında belə bir zərbə Avropa qitəsində təhlükəsizliyə ciddi təhdid və transatlantik birlik üçün bir sınaqdır. Biz Rusiyanın ehtiyatsız hərəkətlərinə qəti cavab tələb edirik”, – deyə Ukrayna xarici işlər naziri Andrey Sibiqa bildirib.

Sibiqa əlavə edib ki, Ukrayna həmçinin Ukrayna-NATO Şurasının təcili iclasını və AB, Avropa Şurası və ATƏT daxilində cavab tədbirlərini təklif edir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.