Ukrayna Trampın dostuna litium yatağının işlənməsi hüququnu verib

Ukrayna ABŞ prezidenti Trampla əlaqəli investorlara böyük litium yatağının işlənməsi hüququnu verib.

AzPost bildirir ki, bu barədə “The New York Times” qəzeti  məlumat verir.

Kirovoqrad bölgəsindəki Dobra yatağının işlənməsi üçün tender hazırkı ABŞ prezidentini tələbəlik illərindən tanıyan kosmetika imperiyasının varisi Ronald Lauderin də daxil olduğu investorlar konsorsiumuna verilib. Konsorsiumun digər üzvü Donald Trampın ilk səlahiyyət müddəti ərzində yaradılan, ABŞ hökumətinin investisiya agentliyinə qismən məxsus olan enerji şirkəti TechMet-dir.

Yatağın bu investorlara verilməsi qərarı Ukrayna hökumət komissiyası tərəfindən verilib. Komissiya tərəfkeşlik ittihamlarını rədd edərək konsorsiumun təklifinin əksər tender meyarlarına cavab verdiyini bildirib.

Lauder və TechMet şirkətlərinin litium yatağının işlənməsi üçün nə qədər investisiya yatıracağı məlum deyil. Tenderdə minimum 179 milyon dollar investisiya müəyyən edilib, lakin komissiya üzvü NYT-yə bildirib ki, konsorsiumun vəd etdiyi məbləğ xeyli yüksəkdir.

ABŞ-Ukrayna mədən müqaviləsinə əsasən, Ukrayna hökumətinin Dobra yatağından əldə etdiyi gəlirlərin yarısı birgə investisiya fonduna gedəcək.
Litium, mobil cihazlar və elektrikli nəqliyyat vasitələri də daxil olmaqla, batareyalar istehsalında istifadə olunur.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.