“Fənərbaxça” Türkiyə Superkubokunun qalibi olub

Bu gün Türkiyə Superkubokunun qalibi müəyyənləşib.

Apasport.az xəbər verir ki, həlledici qarşılaşmada “Qalatasaray” “Fənərbaxça” ilə üz-üzə gəlib.

Atatürk Olimpiya Stadionunda keçirilən oyun Bakı vaxtı ilə saat 19:45-də başlayıb.

“Sarı-lacivərdlilər” komandanın yeni transferləri Mateo Genduzi və Ceydon Ostervoldenin vurduğu qollarla rəqibini 2:0 hesabı ilə məğlub edib və kuboku qazanıb.

Qeyd edək ki, “Qalatasaray” tarixində 10-cu dəfə Türkiyə Superkubokunu qazanıb. Komanda sonuncu dəfə bu kubokun sahibi 2014/15 mövsümündə olmuşdu.

Türkiyə Superkuboku
Final
19:45. “Qalatasaray” – “Fənərbaxça” – 0:2
Qol: M. Genduzi, 28, C. Ostervolde, 48

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.