“Nüvə proqramı ilə bağlı danışıqlar masasına qayıtmağa hazırıq” –İranın xarici işlər naziri

Tehran nüvə proqramı ilə bağlı danışıqlar masasına qayıtmağa hazırdır, lakin bu, Vaşinqton tərəfindən təzyiq və diktə olmadan baş verməlidir.

AzPost APA-ya istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi “Al Jazeera” telekanalına müsahibəsində bildirib.

“Biz nüvə dosyesi üzrə danışıqlar masasına əyləşməyə hazırıq, bir şərtlə ki, bu, təhdidlər və ya diktə olmadan həyata keçirilsin”, – nazir deyib

Eyni zamanda Əraqçi hadisələrin istənilən inkişafına hazır olduqlarını vurğulayıb. Onun sözlərinə görə, əgər Vaşinqton problemin hərbi həlli variantını seçərsə, Tehran buna qarşılıq verməyə hazırdır.

Diplomat qeyd edib ki, İran hazırda 2025-ci ilin iyununda yaşanan eskalasiyadan daha yüksək səviyyədə hərbi qarşıdurmaya hazır vəziyyətdədir.

“Biz bütün variantlara hazırıq və ümid edirik ki, Vaşinqton müdrik seçim edəcək”, – deyə Əraqçi əlavə edib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.