Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

User 13 Yanvar 2026 - 10:28 (Last updated: 13 Yanvar 2026 - 10:28)
fhn nazirlik

Fövqəladə Hallar Nazirliyi gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

FHN-dən verilən xəbərə görə, müraciətdə deyilir:

“Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ölkə ərazisində yaxın günlər ərzində qeyri-sabit və yağıntılı hava şəraitinin müşahidə olunacağı, əsasən dağlıq və dağətəyi rayonlara qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, temperaturun xeyli enəcəyi, bəzi yerlərdə güclü külək əsəcəyi proqnozlaşdırılır.

Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırır.

Belə ki, soyuq hava şəraiti qaz və elektrik qızdırıcı cihazlarından istifadənin xeyli artmasına səbəb olduğundan bu cihazlardan istifadə zamanı yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir. Nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qızdırıcı cihazlardan istifadə edilməməli, elektrik şəbəkəsi həddindən artıq yüklənməməli, işlək vəziyyətdə olan qızdırıcı cihazlar nəzarətsiz qoyulmamalıdır.

Eyni zamanda, xüsusilə dağlıq ərazilərdə yaşayan, eləcə də dağlara səfər edən vətəndaşlar şaxtalı və qarlı havada mümkün qədər yaşayış məntəqəsini tərk etməməli, belə bir zərurət yarandıqda hərəkət istiqaməti barədə yaxınlarını əvvəlcədən məlumatlandırmalı, avtomobilin texniki göstəricilərinin fəslə uyğunluğunu və kifayət qədər yanacaq ehtiyatını təmin etməlidirlər. Qar uçqunu ehtimalı olan yerlərdən, o cümlədən dik yamaclardan kənar gəzmək və günün qaranlıq vaxtına qalmadan yaşayış məntəqəsinə geri dönmək tövsiyə olunur.

Bundan başqa, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.

Unutmayın, qaydalara biganəlik həyatımıza təhlükədir!”

FHN təhlükə zamanı 112-yə zəng etməyi tövsiyə edib.

AzPost.az

Post navigation

Previous: Dövlət Departamenti ABŞ vətəndaşlarını İranı tərk etməyə çağırıb
Next: Tramp İranla problemin diplomatik həllini nəzərdən keçirir

Oxşar xəbərlər

baba esger esas
  • Sosial

Əsgər andiçməsindən sonra meyiti tapılan qoca ilə bağlı yeni detallar

User 13 Noyabr 2026 - 10:20
DIN
  • Sosial

Azərbaycanda bir gündə axtarışda olan 130 nəfər tutuldu

User 13 Noyabr 2026 - 10:12
ferrari01
  • Sosial

Nadir Ferrari 18,5 milyon dollara satıldı – Rekord qiymət / FOTO

User 13 Noyabr 2026 - 09:13

xƏBƏR

baba esger esas
  • Sosial

Əsgər andiçməsindən sonra meyiti tapılan qoca ilə bağlı yeni detallar

User 13 Noyabr 2026 - 10:20
Astara rayon Kakalos kənd sakini 84 yaşlı Mirzəcan Hüseynovun Gəncədə itkin düşdükdən 3 gün sonra meyitinin tapılması...
Read more about Əsgər andiçməsindən sonra meyiti tapılan qoca ilə bağlı yeni detallar
Azərbaycanda bir gündə axtarışda olan 130 nəfər tutuldu DIN
  • Sosial

Azərbaycanda bir gündə axtarışda olan 130 nəfər tutuldu

User 13 Noyabr 2026 - 10:12
Bu günə olan valyuta məzənnələri valyuta
  • İqtisadiyyat

Bu günə olan valyuta məzənnələri

User 13 Noyabr 2026 - 09:37
Moskvanın etirazına baxmayaraq, Avropa Ukrayna danışıqlarına cəlb olunur zelenski uitkof kusner
  • Dünya

Moskvanın etirazına baxmayaraq, Avropa Ukrayna danışıqlarına cəlb olunur

User 13 Noyabr 2026 - 09:26
MİDA min güzəştli mənzili satışa çıxarır- QİYMƏTLƏR menzil
  • Baş Yazı

MİDA min güzəştli mənzili satışa çıxarır- QİYMƏTLƏR

User 13 Noyabr 2026 - 09:22
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.