Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

İnsultun müalicəsi icbari tibbi sığorta hesabına aparılır

User 13 Yanvar 2026 - 11:13 (Last updated: 13 Yanvar 2026 - 14:35)
İnsult

İnsult

İnsult beynin qan dövranının qəfil pozulması nəticəsində yaranan və həyati təhlükə yaradan vəziyyətdir. Beynin damarlarından biri tıxandıqda, qan axını dayandıqda (işemik insult) və ya damar partlayarkən qan sızdıqda (hemorragik insult) beyin hüceyrələri zədələnir. Bunun nəticəsində insanın nitqində, hərəkətində, yaddaşında və ümumi funksiyalarında ciddi dəyişikliklər yarana bilir. İnsult zamanı vaxt itirmək böyük fəsadlara səbəb olduğundan erkən müayinə və müalicə xüsusi önəm daşıyır.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətindən verilən məlumata görə, insult şübhəsi olan şəxslərdə vaxt itirmədən bir sıra müayinələr aparılır. İlkin qiymətləndirmə üçün ixtisaslı həkim müayinəsi, qanaxma olub-olmadığını müəyyən etmək üçün beynin kompüter tomoqrafiyası (KT), beyin toxumasının zədələnmə dərəcəsini daha dəqiq görmək üçün maqnit rezonans tomoqrafiya (MRT), beyin damarlarında tıxanıqlığın olub-olmamasını aşkarlamaq üçün angioqrafiya, EKQ və ürək müayinələri, şəkər, laxtalanma, elektrolitlər və digər göstəriciləri bilmək üçün laborator testlər aparılır. Bu müayinələr insultun işemik və ya hemorragik növü olduğunu dəqiqləşdirməyə və düzgün müalicəni seçməyə imkan verir.

Müayinələrdən sonra, ağırlaşma dərəcəsinə əsasən pasiyentə zəruri hallarda stasionar yatış təyin olunur. Stasionar yatış sonrası fizioterapiya və reabilitasiya xidmətlərinə də üz tutulur. Bu xəstənin bərpasının ən vacib hissəsidir. Çünki insult beynin müəyyən hissəsinə zərər vurur və nəticədə hərəkət, tarazlıq və gündəlik fəaliyyətlərdə problemlər yarana bilir. Reabilitasiya həmin itirilmiş funksiyaların yenidən qaytarılmasına və ya maksimum yaxşılaşdırılmasına xidmət edir. Sadalanan müayinə və müalicə üsulları hər biri icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində qarşılanır. İcbari tibbi sığorta ilə sözügedən tibbi xidmətlər tibbi göstəriş və həkim təyinatı əsasında TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində, Səhiyyə Nazirliyinin müvafiq elmi-tədqiqat institutlarında icra olunur. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin saytında “Tibb müəssisələrinin axtarışı” bölməsinə daxil olmaqla xidmətlərin göstərildiyi müəssisələrlə tanış olmaq mümkündür.

İnsultun qəfil başlayan xarakterik simptomları var. Məsələn, üzün bir tərəfində qəfil sallanma, gülümsəyəndə asimmetriya, bir qolun və ya ayağın gücsüzlüyü, qaldırıla bilməməsi, nitqin anlaşılmazlığı, sözlərin düzgün deyilməməsi və ya ümumiyyətlə, danışa bilməmək, qəfil şiddətli baş ağrısı, başgicəllənmə, tarazlığın pozulması, hərəkətlərin koordinasiyası problemləri, görmənin birdən pisləşməsi, bədənin bir tərəfində keylik və hissiyyatın azalması.

İnsultun yaranma ehtimalını artıran tibbi və həyat tərzi amilləri var. Ən önəmlilərindən yüksək arterial təzyiq, şəkərli diabet, yüksək xolesterin, ürək ritminin pozulması, xüsusilə atrial fibrilasiya, keçirilmiş insult, siqaret çəkmək, həddindən artıq alkoqol qəbulu, stress, düzgün olmayan qidalanma, piylənmə və hərəkətsizliyi misal göstərmək olar. Risk faktorlarının idarəolunması insultun qarşısının alınmasında mühüm rol oynayır.

AzPost.az

Post navigation

Previous: Ermənistan Türkiyə ilə sərhəddən Rusiya hərbçilərini çıxarmağa hazırlaşır
Next: “NeoOrdo” layihəsinin təqdimat mərasimi keçirilib

Oxşar xəbərlər

ferrari01
  • Sosial

Nadir Ferrari 18,5 milyon dollara satıldı – Rekord qiymət / FOTO

User 13 Noyabr 2026 - 09:13
nvida sedr
  • Sosial

Nvidia-nın dəyəri bir gündə 515 milyard dollar azaldı – Səhmlər niyə çökdü?

User 12 Noyabr 2026 - 23:19
aile
  • Sosial

Bahalı hədiyyələr və romantik səyahətlər ailəni xilas etmir – Əsas məsələ başqadır

User 12 Noyabr 2026 - 20:57

xƏBƏR

valyuta
  • İqtisadiyyat

Bu günə olan valyuta məzənnələri

User 13 Noyabr 2026 - 09:37
Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb. Noyabrın 13-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat, Türkiyə...
Read more about Bu günə olan valyuta məzənnələri
Moskvanın etirazına baxmayaraq, Avropa Ukrayna danışıqlarına cəlb olunur zelenski uitkof kusner
  • Dünya

Moskvanın etirazına baxmayaraq, Avropa Ukrayna danışıqlarına cəlb olunur

User 13 Noyabr 2026 - 09:26
MİDA min güzəştli mənzili satışa çıxarır- QİYMƏTLƏR menzil
  • Baş Yazı

MİDA min güzəştli mənzili satışa çıxarır- QİYMƏTLƏR

User 13 Noyabr 2026 - 09:22
Yuxu rejiminiz pozulubsa, bu problemlərlə üzləşə bilərsiniz Yuxusuzluq
  • Maraqlı

Yuxu rejiminiz pozulubsa, bu problemlərlə üzləşə bilərsiniz

User 13 Noyabr 2026 - 09:20
Nadir Ferrari 18,5 milyon dollara satıldı – Rekord qiymət / FOTO ferrari01
  • Sosial

Nadir Ferrari 18,5 milyon dollara satıldı – Rekord qiymət / FOTO

User 13 Noyabr 2026 - 09:13
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.