Rusiya İranın daxili siyasi proseslərinə təxribatçı xarici müdaxiləni qəti şəkildə pisləyir.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
O qeyd edib ki, Vaşinqtonun İrana qarşı yeni hərbi zərbələr endirməklə bağlı təhdidləri qəti şəkildə qəbuledilməzdir.
“Xüsusilə qeyd etmək lazımdır ki, ölkə hökuməti Qərbin düşmən siyasətinin mənfi sosial-iqtisadi nəticələrini neytrallaşdırmaq üçün effektiv yollar axtarmaq məqsədilə cəmiyyətlə konstruktiv dialoqa hazırdır”, – Rusiya XİN sözçüsü vurğulayıb.