Tramp administrasiyası Avropa ölkələrindən potensial İran hədəfləri ilə bağlı kəşfiyyat məlumatlarını istəyib.
AzPost bildirir ki, bu barədə “The Washington Post” qəzeti məlumat verib.
“İki Avropa rəsmisi bildirib ki, Tramp administrasiyası bazar ertəsi öz ölkələrindən İran daxilindəki mümkün hədəflər ilə bağlı kəşfiyyat məlumatlarını paylaşmağı xahiş edib”, – deyə qəzet yazıb.
Qəzetin qeyd etdiyi kimi, bu rəsmilərdən biri ABŞ-ın İranın nüvə obyektlərinə zərbə endirəcəyinə dair heç bir əlamət görmür. Mənbə hesab edir ki, Amerika tərəfi çox güman ki, İrandakı etirazlar zamanı baş verən zorakılıqlara görə məsuliyyət daşıdığına inandığı təşkilatların və qüvvələrin rəhbərliyini hədəfə alacaq.