Rusiya və Türkiyə “Tramp dəhlizi”ndə iştirak etməyəcəkArarat Mirzoyan

Ermənistanın
Ermənistanın

TRIPP layihəsi  Ermənistan və ABŞ-ın biznes layihəsi olaraq qalır.

Bu sözləri xarici işlər naziri Ararat Mirzoyan Vaşinqtonda mətbuat konfransında bildirib.

“Rusiyanın layihədə iştirakı müzakirə edilməyib. Layihənin məqsədi Rusiyanı regiondan çıxarmaq deyil. Ermənistan ərazisində Rusiya müxtəlif infrastruktur obyektlərində, o cümlədən dəmir yolu sahəsində təmsil olunur, lakin TRIPP layihəsində onun iştirakı nəzərdə tutulmayıb. Lakin gələcəkdə marşrutun davamı və ya digər əlaqəli layihələr çərçivəsində əməkdaşlıq mümkündür”, – Mirzoyan deyib.

O Azərbaycanla bərabər Türkiyə ilə də sərhədlərin açılmasının vacibliyi vurğulayaraq diqqətə çatdırıb ki, təkcə Ermənistan-Azərbaycan sərhədinin açılması ilə Asiya-Avropa İttifaqı arası böyük koridorun yaradılmasına səbəb olmayacaq və Ermənistanın təcridinin aradan qaldırılması üçün kifayət etməyəcək.

Mirzoyan qeyd edib ki, Türkiyə ilə konstruktiv dialoq uzun müddətdir davam edir və yaxın gələcəkdə əhəmiyyətli irəliləyiş gözlənilir: “Ankaranın regionun tədricinin aradan qaldırılması və inkişafında iştirakı məntiqlidir, lakin bu, TRIPP layihəsinə aid deyil”.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.