“2022-ci ilə qədər Avropa Vladimir Putinin Ukrayna ilə bağlı tələblərinə razılaşmağa hazır idi“.
AzPost bildirir ki, bu barədə Almaniyanın keçmiş kansleri Olaf Şolts bildirib.
O, Berlində son onilliklərdə Putin və Rusiya haqqında Almaniya hökumətinin sənədlər toplusu olan “Uğursuzluq” kitabının təqdimatında çıxış edib. Ukraynanın işğalı ərəfəsində Rusiya prezidenti ilə uğursuz danışıqlar aparan Şolts bildirib ki, Putin bu savaşı iki il əvvəldən planlaşdırıb. “İndi qəti şəkildə əminəm ki, Putin hücumunu iki il əvvəldən planlaşdırıb və bu, onu dayandıra bilməzdi”, – deyə o bildirib.
Şoltsun sözlərinə görə, Putin işğala əl atmadan Ukraynanın NATO üzvlüyündən imtina etməsi və ya orada uzunmənzilli raketlərin yerləşdirilməsi kimi tələblərinə nail ola bilərdi. “Bütün bunlara müharibə olmadan nail olmaq olardı. Ukraynalılar bunu bizim hamımız kimi sonda edərdilər. Bu o deməkdir ki, o, müharibə istəyirdi”, – Şolts deyib.
O, Almaniyanın Ukraynaya silah tədarükü ilə bağlı siyasətinin düzgünlüyünə əmin oldğunu bildirib. Bu tədarük yalnız işğaldan sonra başlayıb. Keçmiş kansler Almaniyada bu barədə müzakirəni “gülünc” adlandırıb. Siyasətçinin sözlərinə görə, Berlin bu sahədə atılan istənilən addıma Moskvanın reaksiyasını daim sınaqdan keçirirdi. “Əlbəttə ki, biz həmçinin nə qədər irəli gedə biləcəyimizi də sınaqdan keçirməli idik”, – Şolts deyib.