Sovet-Əfqan müharibəsi zamanı itkin düşmüş sovet əsgəri 33 il sonra Əfqanıstanda tapılıb.
AzPost bildirir ki, hərbi xidmət üçün Əfqanıstana göndərilmiş Bəhretdin Hakimov 1980-ci ilin sentyabr ayında Herat yaxınlığında döyüşdə ağır yaralandıqdan sonra yoxa çıxıb. Bir müddət sonra rəsmi olaraq həlak olduğu elan edilib və ailəsinə bildirilib.
B.Hakimov isə ölməyibmiş. Yerli sakinlər döyüşdən sonra yaralı sovet əsgərini xilas edərək ona tibbi yardım göstəriblər, müalicə edərək sağaldıblar. Hakimov Əfqanıstanda qalmağı seçib, Şeyx Abdullah adını götürüb. O, ənənəvi otlarla müalicə və dərman bitkilri hazırlamaqla məşğul olub. Yerli geyimlər geyinən Bəhretdin rus dilində az danışmağa üstünlük verib və yaşadığı kənd həyatına tam inteqrasiya olub.
B. Hakimovu 2013-cü ildə itkin düşmüş əsgərləri axtaran Rusiya Əfqanıstan veteranları təşkilatı tapıb. Şəxsi xatirələr və qeydlər vasitəsilə şəxsiyyəti təsdiqlənib.
Evə qayıtmaq imkanı verilsə də B Hakimov təklifdən imtina edib.
