Rusiya prezidenti Putin bu gün xarici siyasətlə bağlı mühüm bəyanat verəcək.
AzPost bildirir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov deyib.
Onun sözlərinə görə, Putin bu gün xarici səfirlər qarşısında çıxış edəcək. Çıxışda xarici siyasət məsələlərinə, o cümlədən etimadnamə göndərmiş ölkələrlə münasibətlərə dair baxışlarını açıqlayacaq.