Üç ölkə son anda Trampı İrana hucum qərarından daşındırıb –Əvəzində nə vəd edilib?

Üç Körfəz ölkəsi – Səudiyyə Ərəbistanı, Qətər və Oman ABŞ prezidenti Donald Trampı regionda ciddi nəticələr doğuracağı qorxusu səbəbindən İrana hücum etməməyə inandıra bilib.

AzPost bildirir ki, bu barədə AFP agentliyi yüksək vəzifəli Səudiyyə rəsmisinə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, ölkələrin nümayəndələri Prezident Trampı İrana xoş niyyətlərini nümayiş etdirmək üçün şans verməyə inandırmaq üçün uzunmüddətli diplomatik səy göstəriblər.

Rəsmi şəxs əlavə edib ki, qazanılmış etimadın yaradılması və mövcud müsbət əhval-ruhiyyənin qorunması üçün işlər davam edir.

Yerli “Dawn” nəşrinin məlumatına görə, İranın Pakistandakı səfiri Rza Əmiri Müqəddəm bildirib ki, Tramp Tehrana ABŞ-ın ölkəyə hücum etməyəcəyi barədə məlumat verib. Diplomatın sözlərinə görə, o, ötən gecə Trampın “müharibə istəmədiyi” barədə məlumat alıb.

Donald Tramp bundan əvvəl bildirib ki, ona “İranda qətllərin dayandırıldığı, edamların planlaşdırılmadığı” barədə məlumat verilib. “Mənə belə deyilib, görək bundan sonra nə olacaq”, -deyə Tramp əlavə edib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.