Cəfər Cabbarlının Siyəzən şəhərindəki heykəli köçürülür

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Cəfər Cabbarlının Siyəzən şəhərindəki heykəlinin yeri dəyişdirilir.

AZƏRTAC xəbər verir ki, rayon ziyalılarının və vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq, müvafiq dövlət qurumlarının razılıqları əsasında böyük şair, yazıçı və dramaturq Cəfər Cabbarlının 1 saylı tam orta məktəbin həyətində qoyulmuş heykəli şəhərin mərkəzi hissəsinə köçürülür.

Bundan sonra C.Cabbarlının heykəli Heydər Əliyev Seyrəngahında, Mərkəzi Kitabxananın qarşısında ucaldılacaq.

Siyəzən Rayon İcra Hakimiyyətindən bildirib ki, bu addım Cəfər Cabbarlı irsinin daha geniş ictimaiyyətə təqdim olunmasına və şəhər mühitinin estetik baxımdan zənginləşdirilməsinə xidmət edir.

Hazırda heykəlin köçürülməsi ilə bağlı quraşdırma və abadlaşdırma işləri aparılır.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.