İrandakı Azərbaycan vətəndaşları ilə bağlı Tehrandakı səfirlik və Təbrizdəki Baş konsulluq mütəmadi olaraq fəaliyyətdədir.
Xarici işlər naziri Ceyhun Bayramov 20 Yanvar Hüzn Günü ilə bağlı Şəhidlər xiyabanına ziyarəti zamanı jurnalistlərə açıqlamasında deyib.
“Bununla bağlı olaraq, bilirsiniz ki, rəsmi məlumatlar da var, əlaqə nömrələri də var. Biz indi burada ciddi bir problem görmürük. Səfirliyimiz, Baş Konsulluğunuz fəaliyyətdədir”.