“28 May”-“Cəfər Cabbarlı” stansiyaları arasında əlavə piyada tuneli tikilir

metro
metro

Bakı metrosunun “28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında əlavə piyada tunelinin inşasına start verilib.

Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, mövcud piyada keçidinin analoji nümunəsi platformanın digər tərəfində də inşa olunacaq.

“Hazırda yeni tunel üzrə qazıntı işləri aparılır. Sözügedən keçid sərnişin axınının daha rahat və təhlükəsiz təşkilinə xidmət edəcək və xətlərin ayrılması layihəsinin tərkib hissəsidir. “28 May” və “Cəfər Cabbarlı” stansiyaları yaxınlığında yerləşən hazırlıq şaxtalarında işlər tam başa çatdırılıb və artıq tunel səviyyəsinə enilib. Hazırda xətlərin fiziki ayrılması üçün hazırlıq mərhələsi icra olunur. Tikinti işləri ərazinin geoloji xüsusiyyətləri nəzərə alınmaqla, xüsusi inşaat qaydalarına uyğun və təhlükəsizlik tələbləri əsasında aparılacaq. Xətlərin fiziki ayrılması prosesinin ümumilikdə 11 ay davam edəcəyi gözlənilir”, – deyə Bəxtiyar Məmmədov vurğulayıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.