Evi həddindən çox təmiz saxlamaq sağlamlığa ziyandır –HƏKİM RƏYİ

Həddən artıq təmiz evin sağlamlığa zərərlidir.

AzPost bildirir ki, bu barədə onkoloq-həkim  Vladimir İvaşkov özünün YouTube kanalında çıxışında deyib.

Həkimin sözlərinə görə, steril şəraitdə böyüyən uşaqlarda allergiya və autoimmun xəstəliklərinə daha çox rast gəlinir. O qeyd edib ki, immun sisteminin özünün təlim-məşqə ehtiyacı var. Lakin bu, o demək deyil ki, çirkli yerdə yaşaysan.

İvaşkov vurğulayıb ki, bir çox qadınlar  ana olduqdan sonra hər səthi sterilizasiya etməyə çalışırlar. Döşəməni də miramistinlə yumağa ehtiyac yoxdur. Eyni zamanda, həkim əlavə edib ki, vanna otağında kifin böyüməsinə icazə verilməməlidir.

O, evi müntəzəm olaraq yığışdırmağı, lakin həddindən artıq təmizləməməyi tövsiyə edib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.