ABŞ prezidenti Trampın elan etdiyi Sülh Şurası SSRİ-ABŞ-Britaniyanın İkinci Dünya Müharibəsindəki qələbədən sonra razılaşdırdığı “Podstam sisteminin” demontaj olunmasıdır.
Podtsam sazişi BMT-ni “dünya arbitri” kimi meydana çıxarmışdı, Avropanın yeni xəritəsini çəkmişdi. Çörçillin Fultondakı çıxışı ilə Avropa SSRİ ilə “soyuq müharibə”nin əsas qarşıdurma platsdarmına çevrilmişdi.
SSRİ 1991-ci ildə dağılsa da onun kabusu son 30 ildə inersiya ilə yaşayırdı.
Pandemiya bu kabusu darmadağın etdi.
Sülh Şurasının əsas mesajı nədir?
Dünyada münaqişələrin həlli üçün platformaya, yeni dünya düzəninin avanqardına və “oyun qaydalarını” diqtə edən gücə çevrilmək! ABŞ bununla həm siyasi, həm də iqtisadi hegemonluğunu təmin etmək niyyətindədir.
Bu baxımdan aparıcı Avropa dövlətlərinin Sülh Şurasına skeptik yanaşması anlaşılandır: Onlar dünyada münaqişələrinin həlli zamanı öz geopolitik maraqlarının necə təmin ediləcəyini bilmirlər.
Bu sırada Ukrayna savaşı mühüm indikatordur. Tramp bu müharibəni sona çatdırarsa sülh sazişini çox guman ki, Sülh Şurasının adı ilə imzalayacaq. Rusiya ilə sülh müqaviləsinin 90 faizdən çoxu razılaşdırılıb. Saziş baş tutsa bu, ABŞ-ın Avropa üzərində siyasi hegemonluğunu təsdiqləyəcək və “oyun kartlarını” Brüsselin əlindən alacaq.
Qarşıda duran 10 ildə dünyanın yeni trendlərlə idarə olunacağı şəksizdir.
X.SƏFƏROĞLU