Hoteldə Azərbaycanın diaspora rəhbərinin meyiti tapıldı

Bakının mərkəzində yerləşən hotellərin birində meyit aşkarlanıb.

AzPost “Qafqazinfo”ya istinadən xəbər verir ki, ölən şəxs Rusiyanın Krasnodar diyarında fəaliyyət göstərən diaspor rəhbəri Cəmil Əliyevdir.

Onun ailə üzvləri bildirib ki, mərhum həmin bölgədə vəkillik fəaliyyəti ilə də məşğul olub: “Son vaxtlar işlə bağlı tez-tez Azərbaycana səfər edirdi. Sonuncu səfəri zamanı isə Bakının mərkəzində hotellərdən birində ürək çatışmazlığından vəfat edib”.

Xatırladaq ki, Rusiya vətəndaşı 1968-ci il təvəllüdlü Cəmil Paşa oğlu Əliyevin meyiti Tərlan Əliyarbəyov küçəsində yerləşən hoteldəki otaqda tapılıb. Onun üzərində hər hansı xəsarət aşkarlanmayıb.

Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.