Pensiyaçılar iki ayın artımı ilə nə qədər pul alacaqlar?– AÇIQLAMA

Sosial müavinətlər və təqaüdlərlə bağlı
Sosial müavinətlər və təqaüdlərlə bağlı

“İndeksləşdirmədən sonra ötən il pensiyaçıların yaraıya qədərinin median pensiya səviyyəsində,yəni 360 manat  ətrafında aldığı pensiyalar təqribən 33 manat artaraq 393 manata, 543 manat pensiya alanların pensiyası isə 50 manat ətrafında artıb 593 manata çatacağı gözlənilir.

AzPost bildirir ki, bu sözləri Milli Məclisin deputatı Əli Məsimli pensiya artımlarının konkret məbləğini şərh edərkən bildirib.

Onun sözlərinə görə, Pensiya artımı əmək pensiyalarının hər üç növünə, yəni yaşa görə, ailə başçısını itirməyə görə, eləcə də əlilliyə görə əmək pensiyası alanlara şamil ediləcək.

Bu əsasda pensiya artımının 1,1 milyon pensiyaçını əhatə edəcəyi gözlənilir.

Ə.Məslimli bildirib ki, pensiyaçılar artan pensiyalarını yanvar ayının artımı da daxil olmaqla yanvar-fevral ayları üzrə artan məbləği birlikdə fevral ayında alacaqlar. Yəni pensiyası 400 manat olan pensiyaçının pensiyası 37 manata yaxın artaraq  437 manata çatacaq. Amma o fevralda həm yanvar və həm də fevral ayının artmlarını birlikdə almaqla 474 manat alacaq. Növbəti aydan,yəni martdan  başlayaraq isə 437 manata yaxın  pensiya alacaq.

“Pensiyaların hər il indeksləşdirilərək artırılması yaxşı haldır. Amma bu,məsələnin bir tərəfidir. Məsələnin ikinci tərəfi isə açıq qalmaqda davam edir. Çünki  pensiyalarla yanaşı, qiymətlər də artır. Ona görə də real təsiri olan ciddi antiinflyasiya tədbirləri görülməlidir ki,pensiya artımları inflayasiyanın “yeminə” çevrilməsin, pensiyaçının əvvəlkindən bir qədər əlavə ərzaq, dava-dərman və s. almasını mümkün etməklə, onların həyatına real surətdə bir qədər müsbət təsir göstərə bilsin”-deyə deputat vurğulayıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.