İran ABŞ ilə 6 fevralda keçirilməsi planlaşdırılan danışıqların yerinin və formatının dəyişdirilməsini tələb edib.
AzPost-un məlumatına görə, bu barədə “Axios” mənbələrə istinadən xəbər verir.
Nəşr bildirir ki, İran danışıqları İstanbuldan Omana keçirmək istəyir.
Mənbələr bildirib ki, Tehran ABŞ ilə danışıqları yalnız ikitərəfli formatda, ərəb və müsəlman ölkələrinin müşahidəçi qismində iştirak etmədən aparmaq istəyir.
Daha əvvəl ABŞ rəsmisi Tramp administrasiyasının İrana müxtəlif kanallar vasitəsilə Vaşinqtonun sazişin şərtlərini müzakirə etmək üçün görüşə hazır olduğunu açıq şəkildə bildirdiyini bildirib. Türkiyə, Misir və Qətər hakimiyyətlərinin danışıqların təşkili üzərində işlədiyi bildirilir.