Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İqtisadiyyat

Azərbaycan Beynəlxalq Bankı “Bank BTB”ni alır

User 04 Fevral 2026 - 13:19
bank btb abb

Azərbaycan Beynəlxalq Bankı (ABB) son dövrlər problemlərlə üzləşmiş “Bank BTB”ni almaq ərəfəsində olduğu bildirilir.

AzPost bildirir ki, Yurd.Media-nın əldə etdiyi məlumata görə, son aylarda “Bank BTB”nin bir sıra əməkdaşları artıq ABB-də otururlar.

Qeyd edək ki, ötən ilin sonuna olan məlumatlar əsasında mütəxəssislərin apardıqları təhlillər göstərir ki, Bank BTB faktiki olaraq klassik kommersiya bankı funksiyalarını itirib. Bank hazırda problemli kreditlərin idarə edildiyi, əsasən daşınmaz əmlak sektoruna yönəlmiş və minimal kapital tələbləri səviyyəsində fəaliyyət göstərən bir quruma çevrilib.

Xatırladaq ki, “Bank BTB”-nin əsas səhmdarı 76,7 faiz payla uzun illər Prezident Administrasiyasının rəhbəri olmuş Ramiz Mehdiyevin gəlini Nigar Mehdiyevadır. Digər səhmdarlar Rza Sadıq (17,7 faiz) və Tükəzban Mahmudovadır (5,6 faiz). Məlumatlara görə, Nigar Mehdiyeva ilə Rza Sadıq bacı-qardaşdır və birlikdə bankın 94 faizinə nəzarət edirlər. Rza Sadıq eyni zamanda bankın Müşahidə Şurasının sədridir.

Bank BTB-nin balansındakı əsas risklərdən biri kredit portfelinin böyük hissəsinin daşınmaz əmlak sektoruna yönəlməsidir. 2025-ci ilin son rübünə olan məlumatlara əsasən, bankın kreditlərinin təxminən 70 faizi ipoteka və daşınmaz əmlakla bağlıdır. Biznes kreditlərinin payı cəmi 14 faizə, istehlak kreditlərinin payı isə 14 faizə yaxındır.

Hesabatlar Bank BTB-də ciddi likvidlik uyğunsuzluğunun mövcud olduğunu ortaya qoyub. Bankın aktivlərinin böyük hissəsi beş ildən artıq müddətə verilmiş kreditlərdən ibarətdir, halbuki bu aktivlər əsasən qısamüddətli əmanətlər hesabına maliyyələşdirilib. Bu vəziyyət bankı daimi olaraq əmanətlərin yenilənməsindən asılı vəziyyətə salıb.

Məsələ ilə bağlı Yurd.Media-nın sorğusu “Azərbaycan Beynəlxalq Bankı”nın ictimaiyyətlə əlaqələr bölməsindən nə təsdiq nə təkzib olunmayıb, “Bank BTB”-dən isə ümumiyyətlə suallara cavab verəcək məsul şəxsi tapmaq mümkün olmayıb.

AzPost.az

Post navigation

Previous: Kişilərdə ürək xəstəliyi riski neçə yaşda kəskin artır? –
Next: Azərbaycana Sibir mənşəli soyuq hava kütlələri daxil olub

Oxşar xəbərlər

qaz nəqli
  • İqtisadiyyat

Rusiya Türkiyəyə qaz nəqlini kəskin artırdı – Noyabrda tədarük 4 dəfə yüksəldi

User 07 Noyabr 2026 - 20:30
ciraq
  • İqtisadiyyat

“Çırağ”ın gətirdiyi qazanc…- 29 ilə 60 mlrd dollar

User 07 Noyabr 2026 - 13:17
neft
  • İqtisadiyyat

Azərbaycan neftinin qiyməti 107 dolları ötüb

User 07 Noyabr 2026 - 10:26

xƏBƏR

hikmet
  • Siyasət

“Misilsiz duyğudur…” – Hikmət Hacıyev Şuşadan paylaşım etdi

User 08 Noyabr 2026 - 00:46
Azərbaycan Prezidentinin Köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Zəfər Günü ərəfəsində Şuşadan...
Read more about “Misilsiz duyğudur…” – Hikmət Hacıyev Şuşadan paylaşım etdi
İsraildə siyasi dönüş – Netanyahunun rəqibi hökuməti qurmaq üçün mandat aldı ayzenkot
  • Dünya

İsraildə siyasi dönüş – Netanyahunun rəqibi hökuməti qurmaq üçün mandat aldı

User 08 Noyabr 2026 - 00:40
Putin şəxsi təyyarəsini İrana göndərdi: Tehranla bağlı mühüm vəd putin rezai
  • Dünya

Putin şəxsi təyyarəsini İrana göndərdi: Tehranla bağlı mühüm vəd

User 08 Noyabr 2026 - 00:35
ABŞ Xəzər dənizində İranın qarşısını kəsməyə hazırlaşır – “Iron Gate” yaradıldı abs gemi irana
  • Baş Yazı

ABŞ Xəzər dənizində İranın qarşısını kəsməyə hazırlaşır – “Iron Gate” yaradıldı

User 08 Noyabr 2026 - 00:25
Şuşanın işğaldan azad edilməsinin 6 ili tamam olur şuşa turizm
  • Siyasət

Şuşanın işğaldan azad edilməsinin 6 ili tamam olur

User 08 Noyabr 2026 - 00:20
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.