Epşteynin Rusiya kəşfiyyatı ilə əlaqələri olubmu? –KREMLDƏN AÇIQLAMA

“Qərb mediasının amerikalı maliyyəçi Ceffri Epşteynin Rusiya kəşfiyyat orqanları ilə əlaqələrinin olması ilə bağlı xəbərləri ciddiyə alına bilməz”.

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Kremlin bu cür xəbərlərə necə şərh verə biləcəyi ilə bağlı suala cavab olaraq Peskov rəsmi Moskvanın bu cür xəbərləri ciddiyə almadığını deyib.

“Adam belə xəbərlərlə daha çox zarafat etmək istəyir, gəlin konfrans zəngimizi buna sərf etməyək”, – Putinin sözçüsü vurğulayıb.

Qeyd edək ki, ABŞ Ədliyyə Nazirliyinin açıqladığı “Epşteyn faylları”nda Rusiya Prezidenti Vladimir Putinin adı dəfələrlə çəkilib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.