Rusiya və Ukrayna Əbu-Dabidə müharibənin dayandırılmasını müzakirə edib

Rusiya və Ukrayna nümayəndələri Əbu-Dabidə atəşkəs tətbiqini müzakirə ediblər. 

AzPost bildirir ki, bu barədə Ukrayna nümayəndə heyətinin üzvü Umerov açıqlama verib.

Umerov Əbu-Dabidəki danışıqlar barədə bildirib ki, danışıqlar konstruktiv keçib. Nümayəndə heyətləri atəşkəsin tətbiqi və hərbi əməliyyatların dayandırılmasının monitorinqi də daxil olmaqla, həll olunmamış məsələləri müzakirə ediblər.

Üçtərəfli danışıqlar qarşıdakı həftələrdə də davam edəcək.

Volodimir Zelenski bildirib ki, danışıqlar zamanı ABŞ, Ukrayna və Rusiya növbəti görüşün yaxın gələcəkdə keçirilməsi barədə razılığa gəliblər.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.