Microsoft-un qurucusu Bill Qeyts Ceffri Epşteyn ilə yalnız digər varlı insanları ianə etməyə təşviq etmək üçün görüşdüyünü iddia edib.
AzPost bildirir ki, o bu barədə Avstraliyanın Nine News televiziya kanalına verdiyi yeni müsahibədə deyib.
Bill Qeyts indi bu əlaqələrdən dərin təəssüf hissi keçirir: “Diqqətdə olan həmişə bu idi: O, çox varlı insanları tanıdığını və onları qlobal səhiyyəyə pul bağışlamağa inandıra biləcəyini deyirdi”,-deyə Qeyts vurğulayıb.
Bu gün milyarder səhvlərini etiraf edib: “Axmaq olmuşam. Onunla vaxt keçirmək axmaqlıq idi”. O, əlavə edib ki, Epsteinlə görüşdüyünə görə peşman olan çoxsaylı insanlardan biridir. “Onunla keçirdiyim hər dəqiqədən peşmanam , üzr istəyirəm”.
Bild-ə görə, eyni zamanda, Qeyts cinsi istismarla hər hansı bir əlaqəsini qətiyyətlə rədd edir. O, yalnız şam yeməklərində iştirak etdiyini vurğulayır: “Mən heç vaxt o adada olmamışam, heç vaxt qadınlarla görüşməmişəm”. O, deyib ki, bu qədər detalların üzə çıxması ilə görüşlərinin həqiqətən səhv olduğu bir o qədər aydın olur. “Amma onların bu cür davranışla heç bir əlaqəsi yox idi”.