Omanda İran və ABŞ arasında danışıqlar başa çatdı

ABŞ-İran
ABŞ-İran

Omanda İran və ABŞ arasında nüvə proqramı ətrafında danışıqlar başa çatıb.

İRNA xəbər verir ki, xarici işlər naziri Abbas Əraqçinin rəhbərlik etdiyi İran nümayəndə heyəti danışıqların keçirildiyi məkanı tərk edib.

Görüşdə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Prezident Donald Trampın kürəkəni Cared Kuşner iştirak edib.

Danışıqların nə vaxt davam edəcəyi hələlik bəlli deyil.

Qeyd edək ki, bu danışıqlar iyun ayında İsraillə İran arasında 12 günlük müharibədən sonra ABŞ-la İran arasında ilk rəsmi görüşdür.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.