Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Din

Şeyxülislam Əbu-Dabidə bir sıra görüşlər keçirib

User 06 Fevral 2026 - 23:00 (Last updated: 06 Fevral 2026 - 23:40)
seyx01

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində yerləşən Zayed Milli Muzeyində Leyla Əliyevanın, habelə Özbəkistan Prezident Administrasiyasının rəhbəri Səidə Mirziyoyevanın və İnsan Qardaşlığı Mükafatı münsiflər heyətinin digər üzvlərinin iştirakı ilə keçirilən sessiyalarında iştirak edib.

QMİ-nin mətbuat xidmətindən  verilən məlumata görə, sessiyalar “Qadın liderliyi insan qardaşlığının möhkəmləndirilməsində əsas amillərdəndir” və “Humanitar fəaliyyətin praktiki siması: Gecikmədən cavab vermək, cəsurca rəhbərlik etmək və təmiz şəkildə icra etmək” mövzularında olub.

Həmçinin bildirilib ki, səfər çərçivəsində şeyxülislam Allahşükür Paşazadə bir sıra ikitərəfli görüşlər keçirib. QMİ sədri Müsəlman Ağsaqqalları Şurasının üzvü qismində həmin şuranın Baş katibi, “Zayed İnsan Qardaşlığı Mükafatı” Təşkilatının Baş Katibi Məhəmməd Əbdülsəlam ilə görüşüb. Tərəflər Prezident İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsindən sevinc və qürur duyduqlarını dilə gətiriblər. Şeyxülislam xüsusilə qeyd edib ki, bütün Azərbaycan dindarları adından belə bir mötəbər və tarixi tədbirdə böyük məmnunluqla iştirak edir.

Görüşdə 2026-cı il ərzində Azərbaycanda və xarici ölkələrdə müxtəlif islamdaxili, dinlərarası və mədəniyyətlərarası tədbirlərlə bağlı fikir mübadiləsi aparılıb. Tərəflər xüsusilə 2027-ci ildə Azərbaycanda Müsəlman Ağsaqqalları Şurasının növbəti sessiyasının keçirilməsini müzakirə ediblər.

 

AzPost.az

Post navigation

Previous: Yatmazdan əvvəl ən yaxşı qəlyanaltı hansıdır?
Next: Normal yatmağa mane olan axşam vərdişləri hansılardır?

Oxşar xəbərlər

SEYX
  • Din

Gələn il Azərbaycanda Dini Liderlərin Zirvə Görüşü keçiriləcək

User 28 Oktyabr 2026 - 13:04
seyx tdt02
  • Din

“Dindarlar dövlətimizin yanındadırlar” – Şeyxülislam

User 28 Oktyabr 2026 - 12:50
dakar esas foto
  • Din

Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi?

User 24 Oktyabr 2026 - 18:23

xƏBƏR

hikmet
  • Siyasət

“Misilsiz duyğudur…” – Hikmət Hacıyev Şuşadan paylaşım etdi

User 08 Noyabr 2026 - 00:46
Azərbaycan Prezidentinin Köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Zəfər Günü ərəfəsində Şuşadan...
Read more about “Misilsiz duyğudur…” – Hikmət Hacıyev Şuşadan paylaşım etdi
İsraildə siyasi dönüş – Netanyahunun rəqibi hökuməti qurmaq üçün mandat aldı ayzenkot
  • Dünya

İsraildə siyasi dönüş – Netanyahunun rəqibi hökuməti qurmaq üçün mandat aldı

User 08 Noyabr 2026 - 00:40
Putin şəxsi təyyarəsini İrana göndərdi: Tehranla bağlı mühüm vəd putin rezai
  • Dünya

Putin şəxsi təyyarəsini İrana göndərdi: Tehranla bağlı mühüm vəd

User 08 Noyabr 2026 - 00:35
ABŞ Xəzər dənizində İranın qarşısını kəsməyə hazırlaşır – “Iron Gate” yaradıldı abs gemi irana
  • Baş Yazı

ABŞ Xəzər dənizində İranın qarşısını kəsməyə hazırlaşır – “Iron Gate” yaradıldı

User 08 Noyabr 2026 - 00:25
Şuşanın işğaldan azad edilməsinin 6 ili tamam olur şuşa turizm
  • Siyasət

Şuşanın işğaldan azad edilməsinin 6 ili tamam olur

User 08 Noyabr 2026 - 00:20
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.