Xətai Rayon məhkəməsi “Azəriqaz”ı cərimələyib.
AzPost bildirir ki, bu barədə Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (AERA) 2025-ci il üçün açıqlanan hesabatında bildirilir.
Hesabatda qeyd olunub ki, payız-qış mövsümünə hazırlıq vəziyyətinin yoxlanılması üzrə monitorinqlər aparılıb.
Qaz paylayıcısı tərəfindən müayinə və texniki xidmət üzrə işlər “Qaz təchizatı haqqında” Qanununun tələbləri əsasında təşkil edilmədiyinə görə “Azəriqaz” İstehsalat Birliyi barəsində İnzibati Xətalar Məcəlləsinə əsasında 14 fevral 2025-ci ildə inzibati xəta haqqında protokol tərtib edilib.
Həmin protokol və digər materiallar baxılması üçün Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilib.
Xətai Rayon Məhkəməsinin 2025-ci il 18 mart tarixli qərarına əsasən “Azəriqaz” İstehsalat Birliyi inzibati xətanı törətməkdə təqsirli bilinib və 2 500 (iki min beş yüz) manat məbləğində cərimə edilib.
Agentlik 06-31.10.2025-ci il tarixlərində “Azəriqaz” İstehsalat Birliyinin Xaçmaz və Lənkəran Regional Qaz İstismar İdarəsində monitorinqlər keçirilib, aşkar olunmuş nöqsanlar rəsmiləşdirilib.