Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İdman

Mbappe PSJ-dən 6 milyon avro maaş tələb edir

User 08 Fevral 2026 - 12:00 (Last updated: 08 Fevral 2026 - 11:30)
Mbappe

Mbappe

PSJ ilə onun keçmiş hücumçusu Kilian Mbappe arasındakı hüquqi mübarizə yeni mərhələyə qədəm qoyub. Məhkəmə icraçısı Paris klubunun baş qərargahı olan “Factory”yə gələrək, təxminən 6 milyon avro məbləğində ödəniş tələbi təqdim edib. Sözügedən məbləğin Mbappeyə məxsus olduğu və ödənişli məzuniyyətlərə, eləcə də faizlərə uyğun gəldiyi bildirilir.

AZƏRTAC xəbər verir ki, bu addım dekabrın sonunda əmək mübahisələri üzrə məhkəmənin qərarından sonra atılıb. Həmin qərara əsasən, PSJ Kilian Mbappeyə klubda çıxış etdiyi dövrdə ödənilməmiş maaşlar və mükafatlar üçün ümumilikdə 60,9 milyon avro ödəməli idi. “L’Équipe” nəşrinin məlumatına görə, Paris klubu 55 milyon avronu ödəsə də, qalan 5,9 milyon avro hələ də köçürülməyib.

Məhkəmənin müvəqqəti icra qərarına baxmayaraq, bu məbləğin ödənilməməsi Mbappe tərəfini icra məmuru vasitəsilə hərəkətə keçməyə vadar edib. PSJ-nin tələbi yerinə yetirməsi üçün səkkiz gün vaxtı var. Əks halda, məbləğin birbaşa klubun bank hesablarından tutulması riski yaranır.

Paris-Sent-Jermen rəhbərliyi isə verdiyi açıqlamada maaş və mükafatların tam ödənildiyini bildirib və qalan məbləğlə bağlı danışıqların davam etdiyini vurğulayıb. Lakin Mbappe bu versiyanı təkzib edir. Klub fevralın 19-dək apellyasiya şikayəti verə bilər.

Mbappe ilə PSJ arasındakı qarşıdurma yalnız maliyyə məsələləri ilə məhdudlaşmır. Hazırda “Real Madrid”in formasını geyinən futbolçu daha əvvəl də keçmiş klubuna qarşı mənəvi təzyiq (psixoloji zorakılıq) iddiası ilə məhkəmə prosesi başladıb. İddiaların mərkəzində 2023-cü ilin yayında Mbappenin komandanın əsas heyətindən kənarlaşdırılaraq “loft” adlanan qrupda saxlanılması dayanır. Futbol dünyasında mübahisəli hesab edilən bu praktika bəzi oyunçuların əsas heyətdən təcrid olunmasını nəzərdə tutur.

Həmin vaxt dünya çempionu olan hücumçu hüquqi gərginliyi azaltmaq və diqqətini yalnız meydandakı çıxışına yönəltmək üçün bu şikayətdən imtina etmişdi. Kilian Mbappe PSJ ilə münasibətlərində sonuncu və həlledici bir hüquqi mübarizə aparmaq niyyətindədir.

AzPost.az

Post navigation

Previous: Masallıda narkotacirdən 9 kiloqram narkotik tutuldu
Next: Bakıda söküntü zamanı hansı hallarda pul və ya mənzil verilir?

Oxşar xəbərlər

dava boks
  • İdman

İstanbulda azərbaycanlı boksçu qalib gəldi, dava düşdü – VİDEO

User 08 Noyabr 2026 - 15:14
messi esas
  • İdman

Messinin ən səmimi açıqlamaları – Utancaqlığı, peşmanlığı və ailəsi ilə bağlı etirafları

User 31 Oktyabr 2026 - 15:12
ilam futbol
  • İdman

İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib

User 30 Oktyabr 2026 - 19:53

xƏBƏR

ferrari01
  • Sosial

Nadir Ferrari 18,5 milyon dollara satıldı – Rekord qiymət / FOTO

User 13 Noyabr 2026 - 09:13
Nadir rast gəlinən Ferrari Daytona SP3 superkarı ABŞ-ın Las-Veqas şəhərində keçirilən Broad Arrow hərracında 18,54 milyon dollara...
Read more about Nadir Ferrari 18,5 milyon dollara satıldı – Rekord qiymət / FOTO
“İrana qarşı zərbələri tərəddüdsüz bərpa edəcəyəm” – Tramp tramp
  • Dünya

“İrana qarşı zərbələri tərəddüdsüz bərpa edəcəyəm” – Tramp

User 13 Noyabr 2026 - 08:58
İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti ilə görüşüb ilham avropa iti prez
  • Siyasət

İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti ilə görüşüb

User 13 Noyabr 2026 - 08:54
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb ilham britan as nazir
  • Baş Yazı

İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb

User 13 Noyabr 2026 - 08:51
Azərbaycan və Britaniya Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzaladı azeri britani
  • Baş Yazı

Azərbaycan və Britaniya Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzaladı

User 12 Noyabr 2026 - 23:26
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.