Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Bakıda söküntü zamanı hansı hallarda pul və ya mənzil verilir?

User 08 Fevral 2026 - 12:25 (Last updated: 08 Fevral 2026 - 11:32)
sokuntu

Paytaxtda aparılan yenidənqurma və söküntü işləri çərçivəsində köhnə yaşayış binaları mərhələli şəkildə sökülür, onların yerində isə yeni tikililər inşa olunur.

Bu proses zamanı kompensasiya məbləğlərinin müəyyənləşdirilməsi ilə bağlı tikinti şirkətləri ilə sakinlər arasında fikir ayrılıqları yaranır. Razılaşma əldə olunmadıqda isə məsələlər məhkəməyə qədər gedib çıxırlar.

Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, hazırda paytaxtda söküntü işləri əsasən iki formada həyata keçirilir. Bunlardan biri torpaqların dövlət ehtiyacı üçün alınması, digəri isə qəzalı vəziyyətdə olan köhnə çoxmənzilli yaşayış binaları və fərdi evlərin özəl tikinti şirkətləri tərəfindən sökülərək yeni tikililərlə əvəzlənməsidir:

“Torpaqlar dövlət ehtiyacı üçün alındıqda ərazidə mövcud olan daşınmaz əmlaklar bazar dəyərinə uyğun qiymətləndirilir və vətəndaşlara kompensasiya olaraq pul ödənilir. Özəl tikinti şirkətləri tərəfindən aparılan söküntülərdə isə əksər hallarda mənzil sahiblərinə yeni tikiləcək binalardan mənzillər təqdim olunur. Bəzi hallarda isə kompensasiya pul formasında verilir”.

O qeyd edib ki, tikinti şirkətinin təklif etdiyi məbləğ vətəndaşı qane etmədikdə və ya tələb etdiyi məbləğ şirkət tərəfindən qəbul edilmədikdə məsələ məhkəmə müstəvisinə çıxarılır:

“Məhkəmə tərəfindən müstəqil qiymətləndirici şirkətlər cəlb olunur və əmlakın bazar dəyəri müəyyənləşdirilir. Kompensasiya məbləği isə həmin qiymətləndirmə şirkətinin təqdim etdiyi rəy əsasında formalaşdırılır”.

AzPost.az

Post navigation

Previous: Mbappe PSJ-dən 6 milyon avro maaş tələb edir
Next: Dünyada nə qədər pul var?

Oxşar xəbərlər

nvida sedr
  • Sosial

Nvidia-nın dəyəri bir gündə 515 milyard dollar azaldı – Səhmlər niyə çökdü?

User 12 Noyabr 2026 - 23:19
aile
  • Sosial

Bahalı hədiyyələr və romantik səyahətlər ailəni xilas etmir – Əsas məsələ başqadır

User 12 Noyabr 2026 - 20:57
dollar at
  • Sosial

Bir çamadan dolları pəncərədən həyətə atdılar – VİDEO

User 12 Noyabr 2026 - 19:08

xƏBƏR

tramp
  • Dünya

“İrana qarşı zərbələri tərəddüd etmədən bərpa edəcəyəm” – Tramp

User 13 Noyabr 2026 - 08:58
ABŞ Prezidenti Donald Tramp zəruri hesab edəcəyi təqdirdə İrana qarşı hərbi zərbələri tərəddüd etmədən bərpa edəcəyini bildirib....
Read more about “İrana qarşı zərbələri tərəddüd etmədən bərpa edəcəyəm” – Tramp
İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti ilə görüşüb ilham avropa iti prez
  • Siyasət

İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti ilə görüşüb

User 13 Noyabr 2026 - 08:54
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb ilham britan as nazir
  • Baş Yazı

İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb

User 13 Noyabr 2026 - 08:51
Azərbaycan və Britaniya Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzaladı azeri britani
  • Baş Yazı

Azərbaycan və Britaniya Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzaladı

User 12 Noyabr 2026 - 23:26
Nvidia-nın dəyəri bir gündə 515 milyard dollar azaldı – Səhmlər niyə çökdü? nvida sedr
  • Sosial

Nvidia-nın dəyəri bir gündə 515 milyard dollar azaldı – Səhmlər niyə çökdü?

User 12 Noyabr 2026 - 23:19
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.