Ağdam rayonunun işğaldan azad olunmuş “Şelli” üzlük daşı (mərmərləşmiş əhəngdaşı) yatağı hərracda satılıb.
AzPost bildirir ki, bu barədə Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin açıqlamasında deyilir.
Hərrac 29 yanvar 2026-cı ildə baş tutub.
Hərracın qalibi Türkiyənin “AK Mermer” MMC olub. 300 min kubmetr həcmi və 3 hektar sahəsi olan Şelli yatağı 62 min manata 1 illik istifadə üçün bu şirkətə verilib.