Ramzan Kadırov böyük oğlu 20 yaşlı Axmat Kadırovu Çeçenistan Baş nazirinin müavini və təhsil üzrə kurator təyin edib.
AzPost bildirir ki, Axmat Kadırov Çeçenistanda hazırda idman naziri vəzifəsində çalışır və bu vəzifəni saxlayacaq.
Yeni vəzifəsi barədə Axmat Kadırov Telegram kanalında məlumat verib.
“Çeçenistan Respublikasının Baş nazirinin müavini təyinatımla əlaqədar olaraq, Ramzan Axmatoviç Kadırov bu vacib sahəyə nəzarət etməyi mənə həvalə edib”, – deyə o yazıb.
A.Kadırov əsas prioritetlərə infrastrukturun modernləşdirilməsi, məktəblərdə ikinci növbələrin sayının azaldılması, təhsilin keyfiyyətinin yaxşılaşdırılması və federal dəstəyin genişləndirilməsi daxil olacağını bildirib. O, həmçinin respublika universitetlərinin rəhbərləri ilə görüşdüyünü və rektorları atasının “bütün təhsil və elmin səviyyələrinin keyfiyyətinin yaxşılaşdırılması” ilə bağlı təlimatları barədə məlumatlandırdığını bildirib.