“ABŞ-la bu məsələni müzakirə etmirik” –İranın Təhlükəsizlik Şurasının katibi

İran ABŞ ilə Omanda apardığı danışıqlarda uranın zənginləşdirilməsinin tamamilə dayandırılmasını müzakirə etmir.

AzPost -un məlumatına görə, bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani Qətərin “Əl-Cəzirə” televiziya kanalına verdiyi müsahibədə bildirib.

“Uran zənginləşdirilməsinin dayandırılması gündəmdə deyil. Bu bizə enerji və əczaçılıq sektorları üçün lazımdır”, – deyə kanal müsahibədən hissələr sitat gətirib.

Fevralın 6-da Omanın paytaxtında İran və ABŞ arasında Tehranın nüvə proqramı ilə bağlı böhranın həlli ilə bağlı danışıqların yeni mərhələsi keçirilib. İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Əraqçi rəhbərlik edib. ABŞ nümayəndə heyətinə isə ABŞ prezidentinin xüsusi elçisi Stiven Vitkoff rəhbərlik edib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.