“Vaşinqton Tehranın uranın zənginləşdirilməsini tamamilə dayandırması tələbindən imtina edə bilər“.
AzPost-un məlumatına görə, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Financial Times qəzetinə müsahibəsində bildirib.
Fidan deyib ki, ABŞ və İran nüvə sazişi ilə bağlı güzəştə getməyə hazırdırlar: “Vaşinqton Tehranın uranın zənginləşdirilməsini tamamilə dayandırması tələbindən imtina edə bilər“.
“Müsbət cəhət odur ki, amerikalılar İranda uranın zənginləşdirilməsinə aydın şəkildə müəyyən edilmiş limitlər daxilində icazə verməyə hazır görünürlər. İranlılar indi amerikalılarla razılığa gəlməli olduqlarını anlayırlar. Amerikalılar iranlıların öz limitlərinin olduğunu başa düşürlər”, – deyə xarici işlər naziri müsahibədə bildirib.