Hamamda telefonu “poverbank”a qoşdu-Xəstəxanalıq oldu

Gənc qadın narkotik təsirindən
Gənc qadın narkotik təsirindən

Rusiyada 14 yaşlı yeniyetmə hamamda olarkən elektrik cərəyanı vurması nəticəsində ölüm təhlükəsi ilə üzləşib.

AzPost xəbər verir ki, hadisə Moskva vilayətinin şəhərlərindən birində baş verib. Məktəbli qız vannada uzanaraq mobil telefon vasitəsilə internetdə səhifələrə baxıb. Telefonun enerjisi azalanda o, cihazı pauərbanka qoşub.

Bu zaman su naqilə toxunub və qız güclü elektrik cərəyanına məruz qalıb. Zərbənin təsirindən o, huşunu itirib. Valideynləri dərhal vəziyyəti görərək müdaxilə ediblər və təcili tibbi yardım çağırıblar.

Yeniyetmə Roşal adına Uşaq Elmi-Kliniki Mərkəzinə çatdırılıb. Həkimlərin sözlərinə görə, o, təxminən 15 dəqiqə huşsuz vəziyyətdə qalıb. Elektrik travması ürək ritminin pozulmasına səbəb ola bilərdi.

Xəstəxanada qızın yaraları işlənib və o, kardiologiya şöbəsinə yerləşdirilib. Aparılan müayinələr nəticəsində ürəkdə ciddi patoloji dəyişiklik aşkarlanmayıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.