“Hüquqi zəka” layihəsinin Şirvan mərhələsinə yekun vuruldu

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən  “Konstitusiya və Suverenlik ili”nə həsr olunmuş qrant müsabiqəsində qalib olmuş “Hüquqi zəka” layihəsinin Şirvan mərhələsinə yekun vurulub. 

Bu barədə layihə rəhbəri Nihad Əsgərov bildirib. Onun sözlərinə görə, layihənin ümumi oyunun nəticələrinə əsasən ən çox xal toplayan Şirvan şəhər 18 saylı tam orta məktəbin komandası-I yer, Şirvan şəhər 1 saylı tam orta məktəbin komandası- II yer, Şirvan şəhər 21 saylı tam orta məktəbin komandası- III yerə yüksəlib. Qalib komandaların üzvləri diplom, medal və kubok ilə mükafatlandırılıb.

 

Fotolar

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.