Cərrah bağırsaq xərçənginə işarə edən əlamətləri açıqladı

Koloproktoloq Ceyms Kinross bildirib ki, nəcisə dair dəyişikliklər bağırsaq xərçənginin erkən əlamətlərindən biri ola bilər. Onun sözlərinə görə, nəcisın tezliyi, konsistensiyası, rəngi və forması diqqətlə izlənməlidir. AzPost xəbər verir ki, bu barədə Daily Mirror nəşri yazıb.

Mütəxəssis qeyd edib ki, stress və ya qidalanma rasionundakı dəyişikliklər də oxşar əlamətlər yarada bilər. Lakin bu dəyişikliklər uzun müddət davam edərsə, mütləq tibbi müayinədən keçmək lazımdır.

Kinrossun vurğuladığı ikinci mühüm xəbərdarlıq əlaməti nəcisdə qanın görünməsidir. Bu hal müşahidə olunarsa, dərhal həkimə müraciət etmək tövsiyə olunur.

Bundan əlavə, davamlı qarın ağrısı, səbəbi izah olunmayan çəki itkisi, bədəndə şişkinlik və ya törəmələrin yaranması, eləcə də xroniki yorğunluq da diqqətdən kənarda qalmamalıdır. Həkim bu simptomların vaxtında qiymətləndirilməsinin xəstəliyin erkən mərhələdə aşkarlanmasına kömək edə biləcəyini bildirib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.