Suyun qiyməti ilə bağlı Tarif Şurasına müraciət olunub

Azərbaycanda su ehtiyatlarının davamlı idarə olunması və su təhlükəsizliyinin gücləndirilməsi məqsədilə tarif siyasətinin təkmilləşdirilməsi və diferensiallaşdırılması nəzərdə tutulur.

Azpost.info-nun məlumatına görə, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Trend-in sorğusuna cavabında bildirib. Qurumun məlumatına görə, sosial-iqtisadi vəziyyət və investisiya ehtiyacları nəzərə alınmaqla tariflərin mərhələli şəkildə diferensiallaşdırılması planlaşdırılır.

Agentlik qeyd edib ki, bu yanaşma su təsərrüfatında vahid idarəetmə modelinin qurulmasına, dövlət–özəl tərəfdaşlığının inkişafına və maliyyə resurslarının daha səmərəli planlaşdırılmasına xidmət edəcək. Tariflərin real istismar, texniki xidmət və investisiya xərcləri əsasında formalaşdırılması nəzərdə tutulur.

Bildirilib ki, tədbirlər planında tariflərin beynəlxalq təcrübə əsasında diferensiallaşdırılması mexanizmlərinin hazırlanması və tətbiqinə başlanılması ayrıca istiqamət kimi müəyyən olunub.

Qurumun məlumatına görə, tarif siyasətinin əsas məqsədi yalnız qiymət tənzimlənməsi deyil, su təsərrüfatı sisteminin modernləşdirilməsi və dayanıqlı maliyyə modelinin qurulmasıdır. Bu çərçivədə pilot layihələr və regional qiymətləndirmə mexanizmləri də nəzərdə tutulur.

Agentlik əlavə edib ki, strategiyanın icrası ilə bağlı müvafiq dövlət qurumuna müraciət ünvanlanıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.