ABŞ Fidel Kastronun qardaşı nəvəsi ilə gizli danışıqlar aparır

ABŞ dövlət katibi Marko Rubio Kubanın de-fakto rəhbəri Raul Kastronun nəvəsi və etibarlı adamı ilə gizli danışıqlar aparır.

Azpost.info bildirir ki, bu barədə Axios üç mənbəyə istinadən məlumat yayıb.

Rubio və Raul Gilyermo Rodriges Kastro arasında danışıqlar Kuba hökumətinin rəsmi kanallarından kənar keçirilir. Bu danışıqlar Tramp administrasiyasının 94 yaşlı inqilabçı Kastronu əsl qərar qəbul edən şəxs kimi gördüyünü göstərir.

Tramp administrasiyasının yüksək vəzifəli rəsmisi bildirib ki, bu danışıqları gələcəklə bağlı müzakirələr adlandırmazdı.

Rubio və komandası 41 yaşlı nəvəsini ABŞ ilə yaxınlaşmada dəyər görən gənc nəslin işgüzar düşüncəli kubalılarının nümayəndələri kimi görürlər.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.