34 il əvvəl Ağdərədə itkin düşən şəhid Rəsul Ağayev Sabirabadda dəfn olunub

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və nəşinin qalıqları 34 il sonra tapılan şəhid hərbçi Ağayev Rəsul Babaxan oğlunun qalıqları ailəsinə təhvil verilib.

APA-nın xəbərinə görə, bu gün şəhid Rəsul Ağayevlə onun yaşadığı evdə vida mərasimi keçirilib. Vida mərasimindən sonra şəhidin nəşinin qalıqları Sabirabad rayonu, Nərimankənd kənd qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində mərhumun yaxınları, rayon ictimaiyyəti, yerli dövlət qurumlarının nümayəndələri və hərbiçilər iştirak ediblər.

Qeyd edək ki, Rəsul Ağayev 25 avqust 1968-ci ildə Sabirabad rayonunun Nərimankənd kəndində anadan olub. O, Birinci Qarabağ müharibəsində döyüşlərdə iştirak edib, 15 iyun 1992-ci ildən Ağdərə rayonunun Sırxavənd kəndində itkin düşmüş hesab edilib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.