“10 gün ərzində İranla razılaşmanın əldə olunub-olunmayacağı bilinəcək” –TRAMP

İranla bağlı hələ görəcək işimiz var.

Bu barədə ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda “Sülh Şurası”nın ilk iclasında deyib.

“Onların nüvə silahı olmamalıdır. Bu, çox açıq şəkildə onlara bildirilib”, — Tramp bildirib.

Tramp qeyd edib ki, Uitkoff və Kuşner iranlılarla “yaxşı danışıqlar” aparıb: “Mənalı bir razılaşma əldə etməliyik, əks halda pis şeylər ola bilər”.

O əlavə edib ki, yaxın 10 gün ərzində razılaşmanın əldə olunub-olunmayacağı bilinəcək: “Bəlkə bir addım daha irəli getməli olacağıq, bəlkə də yox. Bəlkə bir razılaşma əldə edəcəyik. Təxminən növbəti 10 gün ərzində bunu öyrənəcəksiniz”.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.